Rubio: İran saziş bağlamağa ciddi yanaşmır
Far.Az xəbər saytı

Rubio: İran saziş bağlamağa ciddi yanaşmır


İran sazişin bağlanmasına ciddi yanaşmır və əldə olunmuş razılaşmaları pozmaqda davam edir.

"Far.Az" "Aljazeera"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada ASEAN nazirlər görüşü çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Mən onların saziş bağlamaq niyyətinin ciddi olduğunu düşünmürəm. Problem bundadır ki, əgər insanlar razılaşmaya əməl etməyəcəksə, onlarla saziş bağlamaq olmaz", - Rubio bildirib.

Onun sözlərinə görə, Tehran razılaşmalar əldə edildikdən sonra ya onları pozur, ya da sazişlərin şərtlərini dəyişməyə çalışır.

"Görünür, İran razılaşmaya hazır deyil və bunun nəticələri ilə üzləşməli olacaq. Hər dəfə saziş bağlandıqda onu ya pozur, ya da dəyişirlər", - ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.

Rubio həmçinin bildirib ki, "İran saziş üçün yalvarır" və Tehrana qarşı təzyiq artacaq.

"İran üçün nəticələr onlar ağıllarını başlarına yığana qədər hər keçən gecə daha da ağırlaşacaq", - o bildirib.

Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, ABŞ-nin əsas prioriteti İranın nüvə silahına malik olmasına yol verməməkdir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Azərbaycan "Galaxy Orientis" Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər