ABB-dən uşaqlar üçün yeni rəqəmsal bankçılıq təcrübəsi
ABB uşaqlar üçün ABB mobile daxilində yeni rəqəmsal bankçılıq təcrübəsini istifadəyə verib.
Yeni Uşaq Profili uşaqların erkən yaşlardan rəqəmsal maliyyə xidmətləri ilə təhlükəsiz və rahat şəkildə tanış olmasına, məsuliyyətli maliyyə davranışının formalaşmasına dəstək verir.
Uşaq Profili vasitəsilə uşaqlar ABB mobile daxilində özlərinə uyğun rəqəmsal təcrübədən istifadə edə, maliyyə fəaliyyətlərini rahat izləyə, ehtiyac olduqda valideynə pul istəyi göndərə və valideyn tərəfindən verilən tapşırıqları yerinə yetirərək mükafat qazana bilirlər.
Yeni yanaşma uşaqların pulla bağlı ilk təcrübəsini daha sadə, maraqlı və məsuliyyətli edir. Valideynlər isə övladlarının maliyyə fəaliyyətini daha şəffaf şəkildə izləyə, onların pul istəklərini rahat qəbul edə və düzgün maliyyə vərdişlərinin formalaşmasına dəstək ola bilirlər.
Uşaq Profili ABB-nin rəqəmsal ekosistemini uşaqlar üçün də əlçatan edən, onların bankçılıqla ilk tanışlığını valideyn nəzarəti altında təhlükəsiz və rahat şəkildə təmin edən yeni mərhələdir. Hazırda Uşaq Profili funksionallığından Alpha Card sahibi olan 7–17 yaşlı uşaqlar istifadə edə bilirlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 Məlumat Mərkəzindən və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













