UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə oyunda fərqi artırıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə oyunda fərqi artırıb - YENİLƏNİB-2


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.

Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Komandanın kapitanı Emin Mahmudov fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakıdakı "Palms Sports Arena"da keçirilir.

Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellasdır.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər