Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
Far.Az xəbər saytı

Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək


Bakıda skuterə görə ana və övladını avtobusa mindirməyən 211 saylı avtobusun sürücüsü barəsində müvafiq intizam tədbiri görüləcək

Far.Az xəbər verir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.

O vurğulayıb ki, videogörüntü ilə bağlı məsələ araşdırılıb.

"Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib. Bildiririk ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik.

Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq", - deyə Ə.Əliyeva qeyd edib.

***10:11

Bakıda 211 saylı avtobusun sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb.

Far.Az xəbər verir ki, qadın övladı və onun kiçik skuteri ilə avtobusa daxil olur. Bu zaman sürücü avtobusa skuter və velosipedlə girməyin qadağan olduğunu bildirib.

Nəticədə tərəflər arasında gərginlik yaşanıb. Ana övladının autizm xəstəsi olduğunu vurğulayaraq, piyada gəzməyin çətinliyini dilə gətirib. Buna baxmayaraq sürücü qadını və övladını avtobusdan düşürdüb.

Məsələ ilə əlaqədar AYNA-ya sorğu ünvanladıq. Cavab veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Həmin anları təqdim edirik:

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər