Madaminov: Qırğızıstan Azərbaycan idmançılarının Köçəri Oyunlarında iştirakını gözləyir
Bişkek avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakına ümid edir.
"Report"un Çolpon-Ataya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini, Oyunların qərargah rəisi Askaralı Madaminov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Köçəri Oyunlarının daimi iştirakçılarından biridir.
"Biz Azərbaycanın Qırğızıstanda keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarında iştirakını gözləyirik. Azərbaycan Köçəri Oyunlarında həmişə iştirak edib. Onu da deyə bilərəm ki, Azərbaycanın milli "güləş" növü Oyunların məcburi əsas idman proqramına daxildir", - Madaminov bildirib.
O, həmçinin qeyd edib ki, Kırçın dərəsində Oyunların əsas meydançasında hazırlıq işləri başa çatmaq üzrədir.
"Əsas tikinti işləri artıq yerinə yetirilib, obyektin avqustun əvvəlində tamamlanması planlaşdırılır. Biz artıq bütün ağır işləri yekunlaşdırmışıq, yalnız kosmetik və dekorasiya işləri qalıb. Ərazidə iki etnoşəhərcik yaradılır: onlardan biri milli mətbəxi olan etnik restoranlar, ikincisi isə sənətkarlar və xalq yaradıcılığı işlərinin sərgisi üçün nəzərdə tutulacaq", - o qeyd edib.
Madaminov vurğulayıb ki, 2014-cü ildə birinci Ümumdünya Köçəri Oyunlarına ev sahibliyi etmək üçün seçilən Kırçın dərəsi o zamandan bəri tarixi məkan statusunu daşıyır.
"Ümumdünya Köçəri Oyunlarının məqsədi Olimpiya Oyunlarının proqramına daxil olmayan ənənəvi idman növlərinin dirçəldilməsi və populyarlaşdırılması, həmçinin dünya xalqlarının mədəni irsinin qorunub saxlanmasıdır", - nazir müavini bildirib.
O əlavə edib ki, layihənin miqyası xarici ekspertləri o qədər heyran edib ki, onların bəziləri Köçəri Oyunlarını Olimpiya Oyunlarına alternativ adlandırırlar.
Oxşar xəbərlər
Təyyarə qəzasında oğlunu itirən ataya xəbəri belə verdilər: "Osman əmi, sən artıq şəhid atasısan"
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













