Azərbaycan paracüdoçuları Göygöl və Qubada təlim-məşq toplanışına start verib
Far.Az xəbər saytı

Azərbaycan paracüdoçuları Göygöl və Qubada təlim-məşq toplanışına start verib


Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində, qadınlardan ibarət yığma isə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.

Bu barədə "Far.Az"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Toplanışda kişi paracüdoçulardan İlham Zəkiyev (J1, +95 kq), Mehman Hüseynov (J1, +95 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), İsmayıl Muradov (J1, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) iştirak edəcəklər.

Qeyd edək ki, kişilərdən ibarət milliyə baş məşqçi İbrahim İbrahimov, qadınlardan ibarət yığmamıza isə baş məşqçi Ramin İbrahimov rəhbərlik edir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər