"International Leasing" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"International Leasing" maliyyə vəziyyətini açıqlayıb


"International Leasing" ASC 2025-ci ili 342 min manat xalis mənfəətlə başa vurub.

"Far.Az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11 % çoxdur.

Ötən il "International Leasing"in vergiyəqədərki mənfəəti 436 min manat (əvvəlki ilə nisbətən 12,4 % çox), mənfəət vergisi ödəmələri isə 94 min manat (19 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "International Leasing"in aktivləri 4,662 milyon manat olub ki, bu da illik müqayisədə 82,25 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,7 dəfə artaraq 3,332 milyon manata, balans kapitalı isə 1,4 % artaraq 1,33 milyon manata çatıb.

"İnternational Leasing" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. N.Həsənov həm də "Express Lombard" ASC-nin, R.Həsənov isə həm də "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarlarıdır. 2-cinin İdarə Heyətinin sədri isə N.Həsənovdur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər