Aİ "Yelo Bank"a qarşı sanksiyaları ləğv edib
Avropa İttifaqı (Aİ) 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus "Yelo Bank" ASC-ni Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. Bu qərar bankın Rusiya maliyyə sistemlərindən istifadəsini dayandırmasından və bu məhdudiyyətlərdən yayınmanın qarşısını almaq üçün tədbirlər tətbiq etməsindən sonra qəbul edilib.
Onun sözlərinə görə, maliyyə sektoru Aİ-nin sanksiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır, çünki məhdudiyyətlərdən yayınma ilə bağlı əməliyyatların əhəmiyyətli hissəsi məhz banklar vasitəsilə həyata keçirilir.
"Biz Azərbaycandakı "Yelo Bank"ı siyahıdan çıxara bildik, çünki o, bütün Rusiya sistemlərindən ayrılıb və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər tətbiq edib", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Eyni zamanda, Aİ sanksiyalardan yayınmağa kömək edən həm Rusiya banklarına, həm də üçüncü ölkələrin banklarına təzyiqləri artırmaqda davam edir.
Bundan əlavə, 21-ci paket çərçivəsində daha 33 Rusiya bankına məhdudiyyətlər tətbiq edilib. Həmin banklara əməliyyatlar aparmaq qadağan edilir və onlar maliyyə məlumatlarının mübadiləsi sistemi olan SWIFT-dən ayrılır.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ Rusiyanın iri regional banklarına və artıq sanksiya altında olan bankları əvəz edən maliyyə qurumlarına diqqət yetirib.
Bundan əlavə, məhdudiyyətlərdən yayınmağa kömək etdiklərinə görə üçüncü ölkələrdəki üç banka - Monqolustandakı bir banka, Rusiyanın "Sberbank" və "VTB" banklarının Hindistandakı iki törəmə strukturuna, eləcə də Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə davam edən Qırğızıstandakı banka qarşı sanksiyalar tətbiq edilib.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, sanksiya təhlükəsi bir çox xarici bankları sanksiya rejiminin pozulması risklərini aradan qaldırmaq üçün öz fəaliyyətlərini əvvəlcədən nəzərdən keçirməyə və Avropa orqanları ilə qarşılıqlı əlaqədə olmağa sövq edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













