ÇSKA-nın baş məşqçisi Xristo Yanev: "Futbolçularımız "Qarabağ"la matçda özlərini yaxşı tərəfdən göstərdilər"
ÇSKA (Sofiya, Bolqarıstan) futbolçuları "Qarabağ"la matçda özlərini yaxşı tərəfdən göstəriblər.
"Report" xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis heç-heçə bitən görüş barədə danışıb:
"Bu oyun bizim üçün vacib idi. Futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. İnanıram ki, cavab matçında da yaxşı oyun sərgiləyəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq. Ümid edirəm ki, cavab matçında növbəti mərhələyə yüksələn tərəf biz olacağıq".
O, Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:
"Qarabağ" çox güclü komandadır. Onlara qarşı diqqətli çıxış etməyə çalışırdıq. Əks təqdirdə vəziyyət başqa cür ola bilərdi. Fasilədə futbolçularıma müdafiədə diqqətli olmağı tapşırdım. Çünki qol buraxmaq istəmirdik".
Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib













