Dünyada "ASAN xidmət" modeli əsasında 800 milyondan çox insana xidmət göstərilir
Far.Az xəbər saytı

Dünyada "ASAN xidmət" modeli əsasında 800 milyondan çox insana xidmət göstərilir


Dünyada "ASAN xidmət" modeli əsasında 800 milyondan çox insana xidmət göstərilir.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Bakıda baş tutacaq "ASAN xidmət" və BMT-nin beynəlxalq sammiti barədə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda "ASAN xidmət" təcrübəsi 50-dən çox ölkə ilə bölüşülür:

"Dünyada "ASAN xidmət" modelini əsasında 600-dən çox mərkəz vasitəsilə 800 milyondan artıq insana xidmət göstərilir. Bu, Azərbaycanın yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da "heç kəsi geridə qoymamaq" prinsipinə töhfə verdiyini göstərir".

M.Xudaverdiyev vurğulayıb ki, iki gün davam edəcək sammitdə dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar, bu sahədə ən son qlobal tendensiyalar və gələcək inkişaf perspektivləri müzakirə olunacaq:

"Səfər çərçivəsində iştirakçılara "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə yerində tanış olmaq imkanı yaradılacaq. Bu tədbirin Azərbaycanda keçirilməsi "ASAN xidmət" modelinin beynəlxalq auditoriyaya daha geniş şəkildə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xarici nümayəndələr mərkəzlərin fəaliyyəti ilə birbaşa tanış olacaq, vətəndaşlara göstərilən şəffaf, səmərəli və bürokratik maneələrdən uzaq xidmətləri yerində müşahidə edə biləcəklər. Beləliklə, sammit həm Azərbaycanın idarəetmə təcrübəsinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də "ASAN xidmət" modelinin daha geniş coğrafiyada təşviqinə mühüm töhfə verəcək".

Xatırladaq ki, noyabrın 5-6-sı Bakıda "ASAN xidmət" və BMT-nin beynəlxalq sammiti reallaşacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər