Canluici Buffon İtaliya millisində işləməkdən imtina edib
Əfsanəvi italiyalı qapıçı Canluici Buffon milli komandada işləmək təklifindən imtina edib.
"Far.Az" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İtaliya Futbol Federasiyasının texniki direktoru təyin olunan Paolo Maldini Buffonun ölkənin bütün milli komandalarının fəaliyyətini əlaqələndirən "Club Italia" strukturunda çalışmasını istəyib.
Keçmiş qolkiperin qurumda rəhbər vəzifələrdən birini tutacağı və milli komandalarla yaxından işləyəcəyi planlaşdırılıb.
Buffon daha əvvəl İtaliya millisinin nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışsa da, komandanın 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off matçında Bosniya və Herseqovinaya məğlub olmasından sonra postunu tərk etmişdi. Həmin vaxt baş məşqçi Cennaro Qattuzo və federasiya prezidenti Qabriele Qravina da istefa vermişdilər.
Bildirilib ki, Buffon Maldininin təklifini ciddi şəkildə nəzərdən keçirsə də, hazırda İtaliya futbolunda fəaliyyətə qayıtmağa hazır olmadığını düşünərək onu qəbul etməyib.
Qeyd olunub ki, İtaliya Futbol Federasiyası milli komandanın yeni baş məşqçisi axtarışlarını davam etdirir. Daha əvvəl Xosep Qvardiola və Karlo Ançelottinin bu təklifdən imtina etdiyi bildirilmişdi. Hazırda əsas namizədlərdən biri Andrea Pirlo hesab olunur.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Buffon uğursuzluğa görə İtaliya millisindən ayrılıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib













