ABŞ İsrailə "dayan" dedi: Trampın qərarının pərdəarxası
Bu il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə başladığı "Epik Qəzəb" əməliyyatı zamanı Təl-Əviv və Vaşinqton arasında tam koordinasiyalı əməkdaşlıq müşahidə olunurdu. Lakin hazırda ABŞ ilə İran arasında davam edən qarşıdurmanın mənzərəsi fərqlidir.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran"ın "YouTube" kanalında yayımlanan videomaterialda bildirilib.
Materialda qeyd olunur ki, bu dəfə diqqətçəkən əsas məqam İsrailin əvvəlki mərhələdən fərqli olaraq döyüş meydanından kənarda qalmasıdır. Bu isə bir çoxlarının cavab axtardığı maraqlı və müəmmalı sual doğurur.
Bildirilir ki, yayılan xəbərlər və təhlillər İsrailin prosesdən kənarda qalmasının yalnız Təl-Əvivin öz seçimi olmadığını göstərir. İsrail mediasının məlumatına görə, Təl-Əviv açıq şəkildə Vaşinqtondan ABŞ-nin İrana qarşı hava əməliyyatlarına qoşulmaq üçün icazə istəyib. Lakin Donald Tramp administrasiyası bu istəyi qəbul etməyib.
İsrailin "Kan" telekanalının məlumatına görə, Tramp şəxsən İsrailə göstəriş verib ki, İran İsraili hədəfə almadığı müddətdə Tehrana qarşı heç bir hərbi əməliyyata qoşulmasın.
"Axios" portalının məlumatına görə isə Tramp Benyamin Netanyahu ilə telefon danışığı zamanı ondan diplomatiyaya şans verilməsini və hərbi cavabla bağlı tələsməməyi xahiş edib.
Portalın yaydığı məlumata əsasən, ABŞ prezidenti bununla bağlı belə bir açıqlama verib:
"Əgər mən xahiş etsəm, İsrail iki dəqiqəyə müharibəyə qoşular. Lakin bizim İrana qarşı yeni əməliyyat üçün heç kimə ehtiyacımız yoxdur", - deyə Tramp bildirib.
Materialda qeyd olunur ki, bu vəziyyət Təl-Əvivin müharibədə iştirak etmək istəməməsini deyil, Vaşinqtonun ona tətbiq etdiyi məhdudiyyətləri göstərir. Təhlilə görə, məqsəd qarşıdurmanın nəzarətdən çıxmasının qarşısını almaq və diplomatik danışıqlara qayıtmaq imkanını qoruyub saxlamaqdır.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













