Belçikada NATO hərbi qərargahının təcrübəçisi casusluq şübhəsi ilə saxlanılıb
Far.Az xəbər saytı

Belçikada NATO hərbi qərargahının təcrübəçisi casusluq şübhəsi ilə saxlanılıb


NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) təcrübə keçən Çin əsilli Kanada vətəndaşı üçüncü ölkənin xeyrinə casusluq etmək və cinayətkar təşkilatda iştirak etmək şübhəsi ilə Belçikada həbs edilib.

"Far.Az" RTBF-ə istinadən xəbər verir ki, bu barədə Belçika Federal Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, SHAPE təhlükəsizlik xidmətinin əməkdaşları onun fəaliyyətinə diqqət yetirib və bu barədə Baş Kəşfiyyat və Təhlükəsizlik İdarəsinə (SGRS) məlumat veriblər.

Casusluq işlərinin istintaqı ilə məşğul olan Federal Prokurorluq araşdırmanı Şarlerua Federal Məhkəmə Polisinə tapşırıb. İş üzrə şübhəlinin evində və onun iş yerində axtarışlar aparılıb.

Məlumata görə, istintaq davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər