Çak Rassel 74 yaşında vəfat etdi
ABŞ-li rejissor, ssenarist və prodüser Çak Rassel 74 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə mərhumun qohumları TMZ nəşrinə bildiriblər.
Kinematoqrafçının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, rejissor 1952-ci il mayın 9-da ABŞ-nin İllinoys ştatında anadan olub. Rassel rejissorluq karyerasına 80-ci illərin sonlarında "Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri" və "Damla" qorxu filmləri ilə başlayıb. Cim Kerrinin baş rolda oynadığı və "Oskar" mükafatına namizəd olan "Maska" (1994) komediyası isə ona dünya şöhrəti qazandırıb.
Rejissorun digər populyar layihələri arasında Arnold Şvartseneggerin iştirakı ilə "Silici" (1998) döyüş filmi və Dueyn Consonun ilk əsas rolunu ifa etdiyi "Əqrəblər kralı" (2002) xüsusi yer tutur. Hər iki ekran əsəri nümayiş olunduqdan sonra kassa gəlirlərinə görə hitə çevrilib.
Karyerasındakı uzunmüddətli fasilədən sonra Rassel 2010-cu illərin ortalarında Con Travolta və Brüs Uillisin rol aldığı "Mən qəzəbəm" (2016) və "Cənnət şəhəri" (2022) döyüş filmlərini çəkərək kinematoqrafiyaya qayıdıb. Onun son işi 2024-cü ildə ekranlara çıxan "Cadugər taxtası" qorxu filminin remeyki olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
95 yaşında vəfat edən Robert Düvallın ƏN YAXŞI FİLMLƏRİ
Ürəyində problemlə doğulan Arnold Şvartseneqqerin illərdir sağlamlığı ilə bağlı apardığı gizli mübarizəsi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













