Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Far.Az xəbər saytı

Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb


Azərbaycan hesab edir ki, bərpa olunan enerjinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması sahəsində mühüm irəliləyiş əldə edilsə də, ciddi çağırışlar hələ də qalmaqdadır.

"Report" xəbər verir ki, Azərbaycanın bu barədə bəyanatını "Qlobal enerji keçidinin sürətləndirilməsi: bərpa olunan enerji, enerji səmərəliliyi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda qeyri-rəsmi interaktiv dialoqda BMT yanında Daimi Nümayəndəliyin üçüncü katibi Qəmər Səfərova səsləndirib.

Bəyanatda qeyd olunub ki, bütün, xüsusən də inkişaf etməkdə olan ölkələrin enerji keçidinin imkanlarından bəhrələnməsini təmin etmək üçün investisiya boşluqlarının aradan qaldırılması, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, enerji saxlama imkanlarının genişləndirilməsi, həmçinin sərfəli maliyyə və texnologiyalara çıxışın təmin edilməsi vacibdir.

"Azərbaycan hesab edir ki, sərhədlərarası əməkdaşlıq və çoxmillətli tərəfdaşlıqlar qlobal iqlim məqsədlərinin irəli sürülməsi ilə yanaşı, enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynaya bilər", - bəyanatda vurğulanıb.

Bəyanatda COP29 sədrliyi çırçivəsində Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi və iqlim fəaliyyətinin əsas sahələri üzrə icranın irəlilədilməsi üçün fəaliyyət göstərdiyi diqqətə çatdırılıb və əldə edilən mühüm nailiyyətlər qeyd olunub.

"Milli səviyyədə Azərbaycan, təmiz ətraf mühitin və yaşıl artım ölkəsinin qurulmasını ölkənin beş milli prioritetindən biri kimi müəyyən edən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı milli inkişaf strategiyasını rəhbər tutaraq iddialı enerji şaxələndirilməsi gündəliyini həyata keçirir", - Q. Səfərova bildirib.

Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və inkişaf səyləri eyni zamanda onun yaşıl artım və dayanıqlılığa sadiqliyini nümayiş etdirdiyi qeyd olunan bəyanatda Azərbaycanın bərpa olunan enerjiyə investisiyalar və dayanıqlı infrastruktur sahəsində əməkdaşlıq vasitəsilə təmiz ətraf mühitin və yaşıl artımın inkişaf etdirilməsinə sadiq qaldığı, hamı üçün faydalı olan inklüziv, dayanıqlı və davamlı enerji gələcəyini inkişaf etdirmək üçün bütün tərəfdaşlarla işləməyə hazır olduğu diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər