Əmanətlərin Sığortalanması Fondu yeni onlayn ödəniş imkanları yaradıb
Əmanətlərin Sığortalanması Fondu rəqəmsallaşma çərçivəsində yeni onlayn ödəniş imkanları yaradıb.
"Far.Az" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma istiqamətində Fond müxtəlif layihələr üzərində işləyir və bu sahədə yeni xidmətlər tətbiq edir: "Artıq vətəndaşlar əvvəllər yalnız fiziki qaydada həyata keçirdikləri ödənişləri onlayn şəkildə də edə bilirlər. Hazırda ödənişlərin həm ödəniş terminalları, həm də Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet saytı vasitəsilə həyata keçirilməsi mümkündür".
O qeyd edib ki, sığorta hadisəsi baş verdikdə ilk növbədə Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna bildiriş göndərilir: "Bundan sonra Fond öz rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələri ilə ilk rəsmi elanı yayımlayır. Növbəti mərhələdə agent bank seçilir və kompensasiyaların ödənilməsi prosesinə başlanılır. İlk elanın verildiyi tarixdən etibarən əmanətçilərin kompensasiyanı almaq üçün müraciət etməsinə 1 il vaxt verilir".
A. balıyeva qeyd edib ki, bununla belə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda bu müddət 5 ilədək uzadıla bilər: "Məsələn, əmanətçi həmin 1 il ərzində ölkə xaricində olduqda, xəstəlik və ya qanunla müəyyən edilmiş digər üzrlü səbəblər mövcud olduqda müraciət müddətinin uzadılması mümkündür. Ümumilikdə isə maksimal müddət 5 ildir. Bu müddət başa çatdıqdan sonra sığortalanmış əmanət üzrə kompensasiya almaq hüququ qüvvədən düşür və həmin vəsait qorunmayan əmanətlər üçün tətbiq olunan ümumi qaydada ödənilir".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub













