Rusiyada miqrantlar üçün tələblər sərtləşdirilir
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarına qarşı tələbləri sərtləşdirən qanunları imzalayıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bundan sonra miqrantlar özlərini və Rusiyada yaşayıb himayələrində olan ailə üzvlərini regional əmsala vurulmuş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli olacaqlar.
Bu qanun çərçivəsində miqrantlar Rusiya Daxili İşlər Nazirliyinə gəlirlər haqqında arayış, vergi bəyannaməsinin surətini və ya fiziki şəxsin gəlir vergisinin ödənildiyini təsdiq edən sənədləri təqdim etməli olacaqlar.
Həmçinin müvəqqəti yaşamaq üçün icazənin və yaşayış icazəsinin ləğv edilməsi üçün əsasların siyahısı genişləndirilir. Əmək miqrantlarının uşaqları Rusiyada yalnız valideynlərinin iş icazəsinin qüvvədə olduğu müddətdə və əmək miqrantı tərəfindən həm özü, həm də hər bir uşağı üçün fiziki şəxslərin gəlir vergisi üzrə sabit avans ödənişinin edilməsi şərti ilə qala biləcəklər. 18 yaşına çatdıqdan sonra miqrantların uşaqları 30 gün ərzində Rusiyanı tərk etməli və ya göstərilən müddətdə patent verilməsi üçün ərizə təqdim etməli olacaqlar.
Oxşar xəbərlər
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













