Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb
Far.Az xəbər saytı

Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb


Braziliyanın Xarici İşlər Nazirliyi (XİN) Argentina Prezidenti Xavyer Mileyin braziliyalı həmkarı Lula da Silvanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrdən sonra Argentinadakı səfiri Juliu Bitellini məsləhətləşmələr üçün geri çağırıb.

"Report" "CNN Brasil"ə istinadən xəbər verir ki, diplomat yaxın vaxtlarda Braziliyanın paytaxtına gələcək və orada XİN rəhbəri Mauro Viyeyra ilə görüşəcək.

Bitellinin Buenos-Ayresə mümkün qayıdış müddəti dəqiqləşdirilmir.

Miley iyulun 25-də senator Flaviu Bolsonarunu oktyabr seçkilərində rəsmi olaraq Braziliya prezidentliyinə namizəd irəli sürən Liberal Partiyanın San-Pauluda keçirilən qurultayında çıxışı zamanı Lula da Silvanı və Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleşandri di Moraysi təhqir edib.

Telekanalın məlumatına görə, kəskin ritorikanın səbəbi məhkəmənin Mileyə siyasi müttəfiqi olan və ev dustaqlığında saxlanılan Braziliyanın sabiq prezidenti Jair Bolsonarunu ziyarət etməsinə icazə verməkdən imtina etməsi ola bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər