Quterreş: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxıb
Genişlənən münaqişə səbəbindən Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır.
"Far.Az" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının sülh yolu ilə nizamlanma üzrə açıq debatlarında bildirib.
"Vəziyyət nəzarətdən çıxır və ağlasığmaz bir həddin astanasındadır. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir", - o, Yaxın Şərq münaqişəsi barədə danışarkən deyib.
Quterreş münaqişənin hərbi yolla həllinin olmadığını qeyd edərək, "geriyə addım atmaq vaxtının çatdığını" əlavə edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazına aid hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib













