İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
İrana qarşı atılan addımlar cavabsız qalmayacaq.
"Far.Az" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi deyib.
O, İrana edilən hər hansı bir hücumun həmişə nəticələrə səbəb olduğunu xatırladıb və bildirib ki, Tehran bunu cavabsız qoymayacaq:
"ABŞ və İsrail bunu yaxşı bilir. Ukrayna da tezliklə başa düşəcək. Öz hesablamalarında səhvə yol verənlərin siyahısı artmaqda davam edir".
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi də sosial şəbəkə səhifələrində Ukraynanın ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını vurğulayıb.
"Al Jazeera"nın yaydığı yazıda isə İranın Ukraynaya dron və raketlə hücumunun texniki cəhətdən mümkün olduğu qeyd edilib.
İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələrinin hücumu iyulun 25-də həyata keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizi akvatoriyasında uzaqmənzilli zərbələrə məruz qalan İran gəmisinin Rusiyaya hərbi yük daşıdığını iddia edib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "Müdafiədəki səhvlər PAOK-a məğlubiyyətə səbəb oldu"
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
-
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
-
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
-
Aygün Kazımovanın səs-küylü "DreamFest" obrazları













