Qırmızı Bazarda partlayış: Minaya düşən Bərdə sakini xəstəxanaya çatdırılıb
Far.Az xəbər saytı

Qırmızı Bazarda partlayış: Minaya düşən Bərdə sakini xəstəxanaya çatdırılıb


Qırmızı Bazarda minaya düşən şəxs cərrahiyyə əməliyyatına alınıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Xocavənd rayonunda baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, Cərrahiyyə şöbəsindədir və əməliyyata alınıb.

*** 14:42

Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu birgə məlumat yayıb.

Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər