ABŞ radiasiya təhlükəsizliyi prinsipindən imtina edə bilər
ABŞ-nin Nüvə Tənzimləmə Komissiyası (NRC) ölkədə 50 ildir tətbiq edilən və bütün dünyada geniş yayılmış radiasiya təhlükəsizliyi prinsipindən imtina etməyi təklif edib.
"Report" "Associated Press"ə (AP) istinadən xəbər verir ki, söhbət ALARA prinsipindən gedir.
Buna əsasən radioaktiv materiallardan istifadə edən atom elektrik stansiyaları (AES), elmi müəssisələr və digər təşkilatlar şüalanma səviyyəsini mümkün olan ən minimum səviyyədə saxlamağa borcludurlar.
NRC-nin təklifi əhali və işçilər üçün maksimal radiasiya dozaları saxlanılmaqla, bu tələbdən imtina edilməsini nəzərdə tutur.
Komissiya ALARA əvəzinə mərhələli yanaşma tətbiq etmək niyyətindədir. Bu yanaşma işçilərin potensial şüalanma dozasından asılı olaraq müəssisələr tərəfindən əlavə tədbirlərin görülməsini nəzərdə tutur. Göstəricilər müəyyən edilmiş həddə nə qədər yaxın olarsa, radiasiya mühafizəsi tədbirləri də bir o qədər sərt olmalıdır.
AP qeyd edir ki, bu təşəbbüs məlumat emalı mərkəzlərinin və süni intellektin inkişafı ilə əlaqədar elektrik enerjisinə tələbatın artması səbəbindən ABŞ Prezidenti Donald Trampın atom enerjisi istehsalını artırmaq istəyi fonunda ortaya çıxıb.
ABŞ-nin Energetika Nazirliyi artıq ALARA prinsipini tətbiq etməyi dayandırıb. NRC yaxın aylarda yeni radiasiya mühafizəsi qaydalarının hazırlanmasını başa çatdırmağı planlaşdırır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













