İsfahan Həsənov: "Gümüş medal qazansam da, həvəsdən düşmədim və əlimdən gələnin ən yaxşısını edəcəyəm"
Far.Az xəbər saytı

İsfahan Həsənov: "Gümüş medal qazansam da, həvəsdən düşmədim və əlimdən gələnin ən yaxşısını edəcəyəm"


Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalında məğlub olmasına baxmayaraq həvəsdən düşməyib.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı özü bildirib.

O, final görüşündə uduzduğuna görə çox təəssüfləndiyini söyləyib:

"Finala kimi yaxşı mübarizə aparmışdım, hər şey qaydasında idi. Təəssüf ki, finalda uğursuzluq yaşadım. Lakin həvəsdən düşmək olmaz. Bu dünya çempionatına ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim. Əgər həminki rəqiblə bir daha qarşılaşmaq şansım olsaydı, daha güclü mübarizə aparardım. Yenə də Allaha şükürlər olsun ki, medalsız qalmadım. Həvəsdən düşməyəcəm və gələcək yarışlarda əlimdən gələnin ən yaxşısını edəcəyəm".

Qeyd edək ki, İsfahan Həsənov üçüncü finalda iranlı Alireza Hassan Rezaeiyə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Oxşar xəbərlər

Azərbaycan güləşçisi İsfahan Həsənov dünya çempionatında gümüş medal qazanıb
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib - YENİLƏNİB-3
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər