Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski görüş zamanı Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna lideri Ağ Evin Oval kabinetində keçirilən görüşün yekunlarına dair özünün teleqram kanalındakı səhifəsində yazıb.
"Prezidentlə "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi (Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün - red.) fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", - deyə o yazıb.
V.Zelenski görüşü müsbət xarakterizə edərək onu "yaxşı" adlandırıb.
O, həmçinin bu gün dəfn mərasimi keçirilən senator Lindsi Qremin ölümü ilə əlaqədar Trampa başsağlığı verib: "Prezident Trampa Lindsi Qremin ölümü ilə əlaqədar başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi".
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüş keçirib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Görüş qapalı qapılar arxasında keçirilib, müzakirə mövzuları barədə heç bir təfərrüat verilmir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













