"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "Müdafiədəki səhvlər PAOK-a məğlubiyyətə səbəb oldu"
"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində PAOK-a (Yunanıstan) müdafiədəki səhvlər səbəbindən məğlub olub.
Bunu "Far.Az"a açıqlamasında komandanın baş məşqçisi Siyasət Əsgərov deyib:
O, rəqibin gücünə bələd olduqlarını bildirib:
"Oyundan öncə PAOK-un yarımfinal və digər matçlarını izləyib təhlil etmişdik. Onların keyfiyyətli komanda olduğunu, son dövrdə yaxşı transferlərlə heyəti gücləndirdiklərini bilirdik. Məşqlərdə də hazırlığı rəqibin oyun planına uyğun qurmuşduq. Təəssüf ki, müdafiədə buraxdığımız səhvlər qapımızda qollarla nəticələndi. Bu da komandada psixoloji düşkünlük yaratdı. Qısa zamanda toparlanmaq istəsək də, lüzumsuz yerdə penaltiyə səbəb olduq və rəqib fərqi iki topa çatdırdı".
Mütəxəssis ikinci hissədə vəziyyəti dəyişməyə çalışdıqlarını qeyd edib:
"Fasilədən sonra daha təşəbbüskar və istəkli idik. Aqressiv oynamaq, hücum xəttində dəyişikliklər edərək cavab qolu vurmaq istəsək də, alınmadı. Önə atıldığımız üçün müdafiə xəttində boşluqlar yarandı və rəqib bundan istifadə edərək üçüncü qolu vurdu. Tarixi nəticə qazanmaq istəyirdik, təəssüf ki, bacarmadıq. Amma bu o demək deyil ki, sonra da olmayacaq. Daha yaxşı komanda formalaşdırıb qrup mərhələsini keçmək olar. Çünki "Buduçnost"la oyunda qələbə qazanmışdıq. Komanda həvəsli idi. Səhvlərimiz üzərində işləməli, gələcəkdə UEFA Çempionlar Liqasına daha yaxşı hazırlaşmalıyıq. Növbəti ildə ölkə çempionu olsaq, turnirə fərqli hazırlaşacağıq. Bu yarış qızlara çox yaxşı praktika qazandırdı. Düşünürəm ki, gələcəkdə komandamız üçün faydalı olacaq".
Qeyd edək ki, turnirin I təsnifat mərhələsində "Neftçi" Monteneqro təmsilçisi "Buduçnost"u əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitən matçın penaltilər seriyasında (4:3) məğlub edib. Komanda II təsnifat mərhələsində PAOK-a 0:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
"Liverpul" Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə verməyi planlaşdırır
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi













