Valdas Dambrauskas: "KuPS"la ilk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verir"
Far.Az xəbər saytı

Valdas Dambrauskas: "KuPS"la ilk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verir"


"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"la oyununun favoriti hesab oluna bilər.

"Report"un məlumatına görə, bu barədə "bayquşlar"ın çalışdırıcısı Valdas Dambrauskas sözügedən oyundan öncə mətbuat konfransında bildirib.

Mütəxəssis sabah səfərdə çətin oyuna çıxacaqlarını bildirib:

"Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur".

O, rəqib komandanın çox motivasiyalı olacağını və bütün gücünü ortaya qoyacağını söyləyib:

"Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik".

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda keçirilən ilk görüşdə "Sabah" 1:0 hesablı qələbəyə sevinib.

"KuPS" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda baş tutacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər