Tramp: Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var
ABŞ gələcəkdə İrana qarşı hərbi əməliyyatla bağlı xərclərini dəfələrlə artıq həcmdə geri ödəyəcək.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Miçiqan ştatına gedərkən təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
"Venesuela məsələsində müharibə dəfələrlə özünü doğrultdu, eyni şey İranla bağlı da baş verəcək", – deyə Amerika lideri bildirib.
Trampın sözlərinə görə, ABŞ Venesueladan "milyardlarla dollar" əldə edir.
ABŞ Prezidenti həmçinin hesab edir ki, Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var. "Onlar görüşmək istədilər, buna görə də biz görüşürük. Görək nə baş verəcək, razılaşma əldə edə biləcəyimiz ehtimalı var", – deyə o qeyd edib.
Daha əvvəl, iyul ayında ABŞ-ın müharibə naziri Pit Heqset bəyan etmişdi ki, Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyat keçirməsi üçün çəkdiyi xərclər təxminən 37,5 milyard dollar təşkil edir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Çində sel faciəsi: Ölən və yaralananlar var
-
Hakan Fidanla BMT Baş katibi Suriya və Kipri müzakirə ediblər
-
Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "Müdafiədəki səhvlər PAOK-a məğlubiyyətə səbəb oldu"













