Paolo Maldini İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsindən ayrılıb
Far.Az xəbər saytı

Paolo Maldini İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsindən ayrılıb


Paolo Maldini İtaliya Futbol Federasiyasında (FIGC) texniki direktor vəzifəsindən ayrılıb.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb.

Bundan başqa, FIGC-nin texniki direktorunun müşaviri vəzifəsini tutan Leonardo da postundan istefa verib.

Məlumata görə, Maldini və Leonardo 2006-cı il dünya çempionu Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi təyin olunmasının tərəfdarı olublar. Daha əvvəl "La Gazzetta dello Sport" nəşri Pirlonun Rusiyanın bukmeker şirkəti ilə müqaviləsinə görə mümkün təyinatının siyasi müzakirələrə səbəb olduğunu yazmışdı. Bir sıra italiyalı deputatlar mütəxəssisin bukmeker şirkəti ilə əməkdaşlığını əsas gətirərək onun namizədliyinə etiraz ediblər. Daha sonra Pirlo özü də İtaliya millisinin baş məşqçi postuna namizəd olmadığını açıqlayıb.

Qeyd edək ki, 58 yaşlı Paolo Maldini futbolçu karyerası ərzində yalnız "Milan"ın formasını geyinib. O, klubla 7 dəfə İtaliya çempionu olub, 5 dəfə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və İtaliya Superkubokunu qazanıb, 1 dəfə isə ölkə kubokuna sahib çıxıb. İtaliya millisinin heyətində isə 1994-cü il dünya çempionatının gümüş, 1990-cı il mundialının bürünc, həmçinin 2000-ci il Avropa çempionatının gümüş və 1988-ci il qitə birinciliyinin bürünc mükafatçısı olub.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Andrea Pirlo İtaliya millisinə baş məşqçi təyin oluna bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər