Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək
Far.Az xəbər saytı

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək


Moldovanın Baş naziri Vasile Tofan dizel və qaz bazarları da daxil olmaqla, enerji sektorundakı vəziyyəti nəzərdən keçirmək üçün iyulun 28-də təcili hökumət iclası çağıracağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Baş nazir sosial mediada məlumat verib.

Bu gün Moldova hökuməti bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti dizel çatışmazlığı elan edib və vəziyyətin əlavə yanacaq tədarükü ilə həll olunduğunu qeyd edib.

Dizel çatışmazlığının səbəbləri arasında Dunay çayının səviyyəsinin düşməsi, eləcə də Yaxın Şərqdə nəqliyyat zəncirlərində tıxanmalara səbəb olan və yanacaq tədarükünə təsir edən artan münaqişə yer alıb.

"Mən Moldovanın enerji sektorunda baş verən bütün prosesləri, o cümlədən dizel yanacağı və qaz bazarlarını diqqətlə izləyirəm. Son hadisələri nəzərə alaraq, sabah səhər hökumətin iclasını çağırmaq qərarına gəldim ki, icra hakimiyyəti səviyyəsində zərurət yarandığı halda operativ reaksiya vermək üçün bütün lazımi mexanizmlərin mövcud olduğuna əmin olaq", - deyə Tofan bildirib.

Oxşar xəbərlər

Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər