Bu şəxslərə 3 il hər ay 60 manat ödəniləcək
Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, işğaldan azad olunmuş ərazilərə köçürülərək dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər daha 3 il müddətində dövlətin sosial dəstək tədbirlərindən yararlana biləcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat yayıb.
Deputat bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəştlər mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq. Hazırkı qaydalara əsasən, məcburi köçkün statusu olan ailənin hər bir üzvü üçün aylıq 60 manat məbləğində müavinət ödənilir. Bundan əlavə, həmin ailələrin övladları dövlət ali təhsil müəssisələrinin ödənişli əsaslarla qəbul olunduqları halda təhsil haqları dövlət tərəfindən qarşılanır, eləcə də müxtəlif dövlət rüsumları üzrə güzəştlər tətbiq edilir.
Vüqar Bayramov vurğulayıb ki, universitetə qəbul zamanı güzəşt hüququ olan tələbələr üçün bu imtiyaz yalnız üç illə məhdudlaşmayacaq. Tələbə qəbul olarkən həmin hüquqa malikdirsə, güzəşt onun bütün təhsil müddəti ərzində saxlanılacaq.
Qanunda yer alan digər yenilik isə işğaldan azad olunmuş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaradılmasıdır. Fond həmin ərazilərdə mənzillə təmin edilən şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsini və onlara dövlət reyestrindən çıxarışların verilməsini təmin edəcək. Beləliklə, əvvəlki illərdən fərqli olaraq, yeni mənzillə təmin olunan keçmiş məcburi köçkünlər yaşadıqları evlərə dair çıxarış əldə edəcəklər.
Deputatın sözlərinə görə, yeni dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını göstərir. Bu addım onların doğma yurdlarına qayıtdıqdan sonra da sosial təminatla əhatə olunmasına və mülkiyyət hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













