Fransa və İspaniyada meşə yanğınları böyüyür: Təxliyə olunanların sayı 330 mini keçdi
Fransa və İspaniyada davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən indiyədək 330 mindən çox insan təhlükəsizlik məqsədilə yaşadığı ərazilərdən təxliyə edilib.
Far.Az xəbər verir ki, hər iki ölkədə yüksək temperatur və güclü külək alovun sürətlə yayılmasına səbəb olur. Səlahiyyətli qurumlar yaxın günlərdə havanın daha da istiləşəcəyini bildirərək vəziyyətin ağırlaşa biləcəyi barədə xəbərdarlıq ediblər.
İspaniyanın Ekoloji Keçid Nazirliyinin məlumatına görə, Madrid, Avila və Toledo bölgələrində yanğınlar nəticəsində təxminən 77 min hektar ərazi külə dönüb.
Fransada isə Girond departamentində davam edən yanğın Bordo şəhərinə qədər yaxınlaşıb. Məlumata əsasən, alov təxminən 850 min əhalisi olan şəhərdən 15 kilometr məsafədədir. Bordo meri Tomas Kazenav hazırda şəhərin təxliyəsinin planlaşdırılmadığını açıqlayıb.
Girond prefekti Sofi Brokas turistlərə bölgəyə səfər etməmələri ilə bağlı çağırış edib.
Fransa Prezidenti Emmanuel Makronun vəziyyəti müzakirə etmək üçün bu gün hökumət üzvləri ilə fövqəladə iclas keçirəcəyi gözlənilir.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













