Bəqai: Fransa İranın daxili işlərinə qarışmaqdan çəkinməlidir
Fransanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə brifinqdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Məlumata görə, səfir bundan əvvəl iyul ayında İran hakimiyyəti tərəfindən saxlanılan iki fransız diplomatının hərəkətlərinə etiraz əlaməti olaraq çağırılıb.
İ.Bəqai vurğulayıb ki, iki fransız diplomatı vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqə bəhanəsi ilə İranın daxili işlərinə müdaxilə ediblər: "Dünən Fransanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bildirilib ki, Fransa hökuməti bu cür hərəkətləri və çaşdırıcı bəhanələrlə İranın daxili işlərinə müdaxiləni dayandırmalıdır".
Fransanın xarici işlər naziri Jan-Noel Barro iyulun 20-də bildirib ki, İrandakı iki fransız diplomatı İranın təhlükəsizlik xidmətləri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktı"nın obyektinə çevriliblər. Onun sözlərinə görə, diplomatlar heç bir səbəb izah edilmədən bir neçə saatlıq saxlanılıb, dindirilib, onlardan biri fiziki zorakılığa məruz qalıb və bundan sonra onlar səfirliyə qayıda biliblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













