Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI
Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü qadına kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qadının əri, 1990-cı il təvəllüdlü Namiq Əsgərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Baku TV-nin məlumatında qeyd edilib ki, Namiq Əsgərovla həyat yoldaşı, Durasan Əsgərova arasında ev üstündə mübahisə yaranıb. Tərəflərin təxminən yeddi aydır ayrı yaşadığı və onların birgə nikahdan iki qız övladının olduğu bildirilir.
Yaxınlarının iddiasına görə, Namiq Əsgərov valideynləri ilə yaşadığı fərdi yaşayış evini satmaq istəyib. Hadisə günü həmin ünvana gələn qadın evdə onun da payının olduğunu bildirərək satışdan əldə ediləcək puldan pay tələb edib. Bundan sonra ər-arvad arasında mübahisə başlayıb.
Mübahisəyə ailə üzvləri və qonşular müdaxilə edərək tərəfləri ayırmağa çalışıblar. Daha sonra Namiq Əsgərovun evdən mətbəx bıçağını götürərək həyat yoldaşına xəsarətlər yetirdiyi iddia edilir.
Yaralı qadın Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Ona döş qəfəsinin ön səthinin, sol qoltuqaltı nahiyəsinin boşluğa nüfuz etməyən, sol bazunun və çənə nahiyəsinin kəsilmiş-deşilmiş qanayan yaraları diaqnozu təyin edilib. Hazırda qadının müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 11:01
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü D.Əsgərova qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çox sayda bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdikləri məlumatlara görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub
-
Netanyahu: Trampla görüş əla keçib













