Serbiya İspaniyaya yanğınlarla mübarizə üçün yardım göndərib
Far.Az xəbər saytı

Serbiya İspaniyaya yanğınlarla mübarizə üçün yardım göndərib


Serbiya İspaniyada davam edən meşə yanğınları söndürməyə kömək məqsədilə bu ölkəyə helikopter və xilasetmə qrupu göndərib.

"Report"un Balkan bürosu "Tanyug"a istinadən xəbər verir ki, Serbiyadan helikopter və yanğınsöndürən-xilasedicilərdən ibarət bir neçə yanğınsöndürmə avtomobili İspaniyada günlərdir davam edən meşə yanğınlarının söndürülməsinə kömək üçün bu ölkəyə yola düşür.

Serbiyaya məxsus helikopter İspaniyada ən kritik ərazilərdə, ilk növbədə Avila, Madrid, Toledo və Kastelyon əyalətlərində yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunacaq.

Yanğınsöndürən maşınlar və onların heyətləri də bölgəyə çatdıqdan sonra bu əməliyyatlara qoşulacaqlar.

Serbiyanın göndərdiyi yardım artıq Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində Madridə göstərilən dəstəyin davamıdır. Həmin mexanizm vasitəsilə Yunanıstan, İtaliya, Portuqaliya və Türkiyə də İspaniyaya yardım göstərib.

Qeyd edək ki, paytaxt Madridin qərbində davam edən güclü meşə yanğınları səbəbindən İspaniyada altı gündür fövqəladə vəziyyət elan edilib. Avropada müşahidə edilən anomal istilər səbəbilə baş verən yanğın artıq 27 min hektardan çox əraziyə təsir edib. Yerli rəsmilər xəbərdarlıq ediblər ki, region "tarixinin ən dəhşətli yanğınları" ilə üz-üzədir.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər