Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı
Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb.
Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb.
100% yerli kapitala malik Azərbaycan bankı olaraq, Yelo Bank fəaliyyətini hər zaman ölkə qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun şəkildə qurub və bundan sonra da beynəlxalq tələblərə uyğun olaraq iş proseslərini davamlı təkmilləşdirməyə davam edəcək.
Bu müddət ərzində göstərdikləri etimad və loyallığa görə Yelo Bank həmçinin bütün müştərilərinə və tərəfdaşlarına səmimi təşəkkürünü bildirir. Müştərilərin etimadı və dəstəyi bu prosesin uğurla başa çatmasında ən böyük motivasiya mənbəyi olub. Qeyd edək ki, bu dövrdə mövcud müştərilərin sadiqliyi qorunub, eyni zamanda Bankın müştəri sayında əhəmiyyətli artım qeydə alınıb. Yelo Bank yüksək likvidlik və güclü kapital mövqeyini qoruyaraq bütün öhdəliklərini fasiləsiz və vaxtında yerinə yetirib.
Hazırda bəzi bank xidmətlərində yaranmış məhdudiyyətlərin tam bərpası istiqamətində işlər görülür. Bütün yeniliklər barədə müştərilər Bankın rəsmi kommunikasiya kanalları vasitəsilə operativ şəkildə məlumatlandırılacaq.
Yelo Bank "parlaq bankçılıq" fəlsəfəsinə sadiq qalaraq, müştərilərinə innovativ və sürətli xidmətlər təqdim etməyə, beynəlxalq əməkdaşlığını daha da genişləndirməyə və Azərbaycanın maliyyə ekosisteminin dayanıqlı inkişafına töhfə verməyə davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Azərbaycanlı aparıcı ailə qurdu
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













