Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, yanğın ilkin olaraq rayonun Qaraməryəm kəndi ərazisində başlayıb, daha sonra güclü küləyin təsiri ilə yaxın kəndlər istiqamətində yayılıb.
Alov qısa müddətdə geniş ərazini bürüyərək dağlıq və düzənlik sahələrdə yerləşən hektarlarla örüş sahəsini, biçilmiş taxıl zəmilərini və kolluq əraziləri yandırıb.
Yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













