Təhsilə ayrılan 5 milyard manat hansı sahələrə xərclənəcək?
Far.Az xəbər saytı

Təhsilə ayrılan 5 milyard manat hansı sahələrə xərclənəcək?


2027-ci ilin dövlət büdcəsi layihəsində kənd təsərrüfatına 1 milyard 379 milyon manat, təhsil xərclərinə isə 5 milyard 99 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, kənd təsərrüfatına ayrılması nəzərdə tutulan 1 milyard 379 milyon 487 min manat vəsait əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar istehsalın və fermer təsərrüfatlarının inkişafına, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsinə, məhsuldarlığın artırılmasına və meliorasiya sahəsinə yönəldiləcək.

Təhsil xərclərinə ayrılması nəzərdə tutulan 5 milyard 99 milyon manat vəsait isə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına və elmi tədqiqatlarla inteqrasiyasına sərf olunacaq. M.Qasımlının sözlərinə görə, vəsaitin bir hissəsi peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, rəqəmsal təhsilin inkişafına, müasir texnologiyaların tətbiqinə və təhsil infrastrukturunun təkmilləşdirilməsinə yönəldiləcək.

O qeyd edib ki, ölkənin elmi potensialının gücləndirilməsi və elmi nəticələrin iqtisadiyyata tətbiqinin yaxşılaşdırılması məqsədilə elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulub.

Bu vəsait elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, təhsil və elmin iqtisadi inkişafla əlaqələndirilməsinə sərf ediləcək. Deputat bildirib ki, büdcə layihəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə 4 milyon 700 min manat vəsait ayrılması nəzərdə tutulub.

Onun sözlərinə görə, həmin vəsait məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərilməsinə, insan alverinin qurbanlarına kömək edilməsinə, erkən nikah hallarının qarşısının alınmasına, sağlamlıq imkanları məhdud olan uşaqlarla sosial və psixoloji işin təşkilinə yönəldiləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər