Dünya çempionatı: Zöhrab Səfərov təsəlliverici görüşdə məğlub olub
Far.Az xəbər saytı

Dünya çempionatı: Zöhrab Səfərov təsəlliverici görüşdə məğlub olub


Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünü keçirib.

"Far.Az"un məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə 3:4 hesabı ilə məğlub olub.

Beləliklə, Z.Səfərov yarışı mükafatsız başa vurub.

Azərbaycan yunan-Roma güləşçiləri indiyədək 3 medal qazanıblar. Ötən gün İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Oxşar xəbərlər

Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib - YENİLƏNİB-3
Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan güləşçisi İsfahan Həsənov dünya çempionatında gümüş medal qazanıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər