Belqoroda Ukrayna hücumları nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb
Far.Az xəbər saytı

Belqoroda Ukrayna hücumları nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb


Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə zərbələri zamanı dörd nəfər ölüb, 46 nəfər yaralanıb.

"Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernator səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Şuvayev sosial şəbəkələrdə bildirib.

Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.

A.Şuvayevin sözlərinə görə, ötən sutka ərzində Belqorod vilayəti 91 dəfə hücuma məruz qalıb. Ukrayna Silahlı Qüvvələri aviasiya, artilleriyanın köməyi ilə dörd zərbə endirib, həmçinin drondan partlayıcı maddə atıb. Hava Hücumundan Müdafiə qüvvələri region üzərində 128 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Rusiyanın PUA hücumundan sonra Kiyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər