İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib
Türkiyədə 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.
Mədəniyyət Nazirliyindən “Far.Az”a verilən məlumata görə, Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə keçirilən sərginin fəxri qonaq ölkəsidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.
Sərgidə Azərbaycanın tanınmış yazıçılarından ibarət geniş nümayəndə heyəti iştirak edir.
Sərgi məkanında və Azərbaycan stendində imza mərasimləri, ədəbi müzakirələr, müxrəlif ölkələrdən naşirlərin işgüzar görüşləri təşkil olunur.
Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” mövzusuna həsr olunub. Esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.
Qeyd olunub ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına sanki sürət və tələsgənlik gətirib. Buna görə də yazıçıların maraqlı mövzular seçməsi və diqqətçəkən üslub nümayiş etdirməsi zəruridir.
Yazarlar oxucuları maraqlandıran sualları cavablandırıblar. Səsləndirilən təkliflərlə bağlı müzakirə aparılıb.
Həmin gün Azərbaycan stendində yazıçılar Günel Şamilqızının "Div olanda nə olar" (povest və hekayələr) və Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi” (hekayələr) kitablarının imza mərasimi keçirilib. Şair, tədqiqatçı, esseist Fərid Hüseyn hər iki yazar və kitabları haqqında məlumat verib.
Bildirilib ki, hər iki nəşr Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə "Zengin yayıncılık" nəşriyyatında 5000 tirajla çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.
Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.
Həmin gün daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.
Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.
Yazarlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünyagörüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər.
Qeyd olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan uzaq olarlar.
Sonra müzakirələrlə davam edən tədbirdə müəlliflər sualları cavablandırıblar.
Oxşar xəbərlər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər
-
Komitə sədri: Qərbi Azərbaycana qayıdışla bağlı ikinci beynəlxalq konqresə yüzdən çox qonaq dəvət olunub