Dünya üçüncüsü olan Elmir Çərkəzov: "İnanıram ki, medalların davamı gələcək"
Far.Az xəbər saytı

Dünya üçüncüsü olan Elmir Çərkəzov: "İnanıram ki, medalların davamı gələcək"


Bakıda təşkil olunan güləş U-17 dünya çempionatında Azərbaycan millisinin qazanacağı medalların ardı gələcək.

"Far.Az" xəbər verir ki, bunu 60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Elmir Çərkəzov jurnalistlərə açıqlamasında bildirib.

İdmançı mundialı bürünc medalla başa vurmasından danışıb:

"Qızıl medal uğrunda mübarizə aparırdım, təəssüf ki, alınmadı. Allaha şükürlər olsun ki. medalsız qalmadım. Bu uğura görə məşqçilərimə təşəkkür edirəm. İnşallah, medallaırn davamı gələcək. Bu gün 2 final qarşılaşmamız oldu. Qızıl medal qazana bilməməyimizin səbəbini deyə bilmərəm. Ümidvaram ki, digər güləşçilərimiz bizi sevindirəcəklər".

Qeyd edək ki, Elmir Çərkəzov üçüncü yer uğrunda qarşılaşmada yaponiyalı Hinata Hanamoriyə qalib gələrək bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Dünya çempionatı: Elmir Çərkəzov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-3
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Dünya çempionatı: Azərbaycan güləşçisi Elmir Çərkəzov bürünc medal qazanıb
Güləş üzrə U17 dünya çempionatının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər