Abdurrahman Hüseynli: "Dünya çempionatının finalında öz səhvimə görə məğlub oldum"
Far.Az xəbər saytı

Abdurrahman Hüseynli: "Dünya çempionatının finalında öz səhvimə görə məğlub oldum"


Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatının finalında öz səhvinə görə məğlub olub.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı özü bildirib.

O, final görüşündə uduzduğuna görə çox təəssüfləndiyini söyləyib:

"Ölkəmizdə keçirilən dünya çempionatında qızıl medal qazanmalı idim. Öz səhvlərimə görə finalda məğlub oldum. Görüşə aktiv şəkildə başlamamışdım. İnşallah, növbəti dünya çempionatında daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələcəyəm".

Qeyd edək ki, Abdurrahman Hüseynli finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya ikincisi olub
Dünya çempionatı: Abdurrahman Hüseynli erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib - YENİLƏNİB-2
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər