Rumıniya hakimiyyəti elektrik enerjisinə qənaət etməyə çağırıb
Far.Az xəbər saytı

Rumıniya hakimiyyəti elektrik enerjisinə qənaət etməyə çağırıb


Rumıniyanın Baş naziri əvəzi İlie Bolojan Dunay çayında suyun səviyyəsinin aşağı olması səbəbindən ölkənin yeganə atom elektrik stansiyası (AES) olan Çernavodenin işinin dayandırılmasının elan edilməsindən sonra ölkə sakinlərini elektrik enerjisi istehlakını könüllü olaraq azaltmağa çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə "Digi24" telekanalına müsahibəsində bildirib.

"Fürsətdən istifadə edərək, Rumıniya vətəndaşlarına, iri sənaye istehlakçılarına müraciət edir, onları istehlakın könüllü olaraq azaldılması imkanını nəzərdən keçirməyə, enerji kəsirinin müşahidə olunduğu axşam saatlarında, 20:00-dan 23:00-dək istehlaka qarşı diqqətli olmağa çağırıram", - Bolojan bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə bu dövrdə Dunayda su sərfi saniyədə 3,9-4,5 min kubmetr təşkil edirdisə, hazırda bu göstərici saniyədə 1,6 min kubmetrə qədər azalıb və daha da azalacağı gözlənilir.

"Ağıllı enerji" assosiasiyasının rəhbəri Dumitru Kiselitse qeyd edib ki, Çernavode AES-in hər iki reaktoru ilk dəfədir Dunay çayında suyun səviyyəsinin aşağı olması səbəbindən dayandırılır.

"Bu o deməkdir ki, biz ehtiyat gücün 20%-ni itiririk", - ekspert bildirib və əlavə edib ki, Rumıniya elektrik enerjisi idxalını artırmaq məcburiyyətində qalacaq. Bu da istehlakçılar üçün qiymətlərin artımına səbəb olacaq. Onun qiymətləndirməsinə görə, bu vəziyyət 30 günə qədər davam edə bilər.

Stansiyanın operatoru olan "Nuclearelectrica" şirkəti bildirib ki, soyutma sistemlərinin zədələnməsinin qarşısını almaq üçün ikinci enerji bloku iyulun 30-da dayandırılacaq. Birinci enerji blokunun dayandırılması isə iyulun 28-də həyata keçirilib.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər