Aleksandar Vuçiç: Serbiya hərbi baxımdan neytral qalacaq
Far.Az xəbər saytı

Aleksandar Vuçiç: Serbiya hərbi baxımdan neytral qalacaq


Serbiya hərbi baxımdan neytral qalacaq.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Serbiya Ordusunun ən gənc zabitlərinin buraxılış mərasimində bəyan edib.

"Gərginliyin, beynəlxalq qanunsuzluğun hökm sürdüyü, BMT Xartiyasının və ya qətnamələrinin mövcud olmadığı və ya tətbiq edilmədiyi indiki dövrdə siz Serbiya vətəndaşlarının təhlükəsizliyinin zəmanətisiniz. Serbiya hərbi baxımdan neytral qalacaq və öz gələcəyini düşünəcək, çünki nə vaxt başqa birinə arxalanmışıqsa, səhv etdiyimizi görmüşük", - deyə dövlət başçısı vurğulayıb.

A.Vuçiç hesab edir ki, müttəfiqlik və əməkdaşlıq lazımdır, lakin Serbiya özünü qorumaq üçün kifayət qədər güclü olmalıdır:

"Kosovo və Metohiya həm Konstitusiyaya, Serbiyanın bir hissəsidir, biz bunu unutmamalıyıq və heç kimə toxunmadan, heç kimə hücum etmədən, heç kimi hədələmədən həmin torpaqları qorumalıyıq".

O vurğulayıb ki, regionda Serbiyaya qarşı ittifaqlar yaradılıb və Serbiya həmin mesajları anlayaraq zabitləri üçün silah və texnikanın ən yaxşısını, ən müasirini təmin etməyə başlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər