CENTCOM İrana zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB
Far.Az xəbər saytı

CENTCOM İrana zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB


Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasını endirməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ qüvvələri Şərq sahili vaxtı ilə saat 20:00-da (30 iyul Bakı vaxtı ilə 04:00-da - red.) İrana zərbələr endirməyə başlayıb. Zərbələr İranın dünən Yaxın Şərqdə Amerika hərbçilərinə hücum etmək cəhdinə cavab olaraq endirilir", - paylaşımda bildirilib.

Amerika Silahlı Qüvvələri (SQ) İrana yeni zərbələr seriyası endirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ SQ İran ərazisinə aviazərbələr endirir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana zərbələri davam etdirmək niyyətində olduğunu bəyan edib.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər