Laçın sakini: İki nəfərlə başladığım biznesdə indi doqquz nəfər çalışır
Laçın sakininin iki nəfərlə başladığı biznesdə çalışanların sayı artıq doqquz nəfərə çatıb.
"Far.Az"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, rayona qayıdan sakin Ramil Həsənov burada yaşamağın, qurub-yaratmağın qürurverici olduğunu deyib.
R.Həsənov Laçına qayıtdığı ilk dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin ona öz biznesini qurmaqda ciddi dəstək göstərdiyini bildirib:
"İş qurmaq üçün Agentliyə müraciət etdikdə, mənə müəyyən zərf seçimi təklif olundu. "Fast food" zərfini seçdim və bu sahə üzrə müxtəlif avadanlıqlar, dönər aparatları, soyuducu, qızdırıcı, ət saxlamaq üçün olan soyuducu, stol-stulla təmin edildim. İlk fəaliyyətə başlayanda sadəcə, mən və bir işçi vardı. Hazırda isə artıq doqquz nəfərlik işçi heyətimiz mövcuddur. Laçında yerli sakinlərə və qonaqlara xidmət göstərmək, həqiqətən, qürurvericidir".
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir













