Azər Bağırov: "Premyer Liqada uğurlu çıxış etmək "Şamaxı"nın taleyinə yazılıb"
Far.Az xəbər saytı

Azər Bağırov: "Premyer Liqada uğurlu çıxış etmək "Şamaxı"nın taleyinə yazılıb"


Misli Premyer Liqasında uğurlu çıxış etmək "Şamaxı"nın taleyinə yazılıb.

"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Azər Bağırov Premyer Liqanın VIII turunda "Şəfa"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Qazandığımız uğur münasibətilə bütün azarkeşlərimizi təbrik edir, "Şəfa" komandasına gələcək oyunlarında müvəffəqiyyət arzulayıram. Bəzən baş verən hadisələrin özündə bir hikmət olur. Görünür, bu uğurlu seriyanı davam etdirmək də bizim taleyimizə yazılıb. Futbolçularımız hər matçda qələbə üçün maksimum güclərini ortaya qoyurlar. Mən də daim onlara inanıram və bildirirəm ki, Allah çəkilən zəhməti, göstərilən əzmi mütləq qiymətləndirəcək. Bu gün əsas üstünlüyümüz bir-birinə güvənən, həmrəy və sona qədər mübarizə aparan komanda olmağımızdır".

O, qələbəni vəfat edən "Şamaxı"nın U-13 komandasının üzvü Seyidəli Babazadəyə həsr etdiklərini bildirib:

"Qarşılaşma kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçdi. Bu qələbəni Qaxdan dönərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən gənc futbolçumuz Seyidəli Babazadənin əziz xatirəsinə həsr edirəm. O, akademiyamızın yetirməsi idi. Allah rəhmət eləsin, yaxınlarına səbir diləyirəm".

Qeyd edək ki, "Şamaxı" - "Şəfa" görüşü Şamaxı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər