Mourinyo Endrikin "Milan"a keçidinə mane oldu
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo hücumçu Endrikin yanvar transfer pəncərəsində icarə əsasında "Milan"a keçidinə icazə verməyib.
Far.Az xəbər verir ki, İtaliya klubu braziliyalı futbolçunun oyun vaxtının az olmasından yararlanaraq onu heyətinə qatmağı planlaşdırsa da, portuqaliyalı mütəxəssis bu keçidə qəti şəkildə qarşı çıxıb.
Mourinyo TNT Sports Brasil-ə açıqlamasında Endrikə bərpa prosesindən sonra real şans vermədiyini etiraf edib. O, "Vilyarreal"la qarşılaşmada futbolçunun meydana çıxmağa hazırlaşdığını, lakin komandasının qol vurmasından sonra azlıqda oynadığı üçün başqa variantlara üstünlük verdiyini bildirib.
"Doğrudan da, zədədən sonra ona real şans vermədim. Ancaq "Vilyarreal"la oyunda meydana çıxmağa hazırlaşırdı. Daha sonra qol vurduq və azlıqda qalanda məşqçi adətən başqa variantları nəzərdən keçirir. "Milan"a keçid? Bu, baş verməyəcək", - deyə Mourinyo bildirib.
Braziliyalı hücumçu mövsümöncəsi hazırlıq zamanı aldığı zədə səbəbindən bir aydan çox müddət yaşıl meydanlardan kənarda qalıb. Bu da onun mövsümün əvvəlindəki imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Cari mövsümdə Endrik cəmi dörd dəqiqə meydanda olub. Oyun vaxtının azlığı futbolçunun qış transfer pəncərəsində başqa kluba icarəyə verilə biləcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
"Milan"la yanaşı, İngiltərənin "Aston Villa" klubu da braziliyalı hücumçuya maraq göstərir. İtaliyanın "Roma" klubu isə futbolçunun vəziyyətini izləyir.
Mourinyonun açıqlamasından sonra Endrikin qış transfer pəncərəsində "Milan"a keçidi gündəmdən çıxmış kimi görünür.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Bu günün valyuta məzənnələri
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Gədəbəydə avtomobil aşıb, ölən var
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi













