Odessa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi PUA hücumuna məruz qaldı
Far.Az xəbər saytı

Odessa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi PUA hücumuna məruz qaldı


Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Far.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç pilotsuz uçuş aparatı ilə hücum edilib.

Bildirilib ki, hücum nəticəsində gəmi ciddi zədələnib və hazırda Rumıniya sahilləri istiqamətində hərəkət edir.

Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.

İlkin məlumata əsasən, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Odessa yaxınlığında vurulan gəminin kapitanı dəfn edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər