Azərbaycan güləşçiləri Türkiyədə xatirə turnirində iştirak edəcəklər
Sabah Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, avqustun 2-dək davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq.
Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad Məmmədov (hər ikisi 60 kq), Nihat Məmmədli, Ziya Babaşov (hər ikisi 63 kq), Xalid Həsənov (72 kq), Ruslan Nurullayev, Davud Məmmədov (hər ikisi 77 kq), Laçın Vəliyev, Tuncay Vəzirzadə (hər ikisi 87 kq), Məhəmməd Əhmədiyev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) yunan-Roma güləşi üzrə yarışda gücünü sınayacaq.
Sərbəst güləşçilərimiz isə məşqçi Arif Abdullayev və Taymuraz Kokoyevin rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Ruslan Abdullayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Təbriz Bayramov (92 kq), Zəfər Əliyev (97 kq), Muxamad Qantemirov və Ketaq Karsanov (hər ikisi 125 kq) yer alıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













